SİZİN REKLAM BURADA!
055 213 76 73



Yer kürəsini gözləyən böyük təhlükə sovuşdu. 

BAKU.WS 
Türkiyə mətbuatına istinadən xəbər verir ki, NASA-nın 2016-cı ildə aşkarladığı və "2016 NF23" adı verdiyi meteorit planetimizə toxunmayacaq.

Alimlər Xeops piramidası hündürlüyündə olan və 160 metr diamertli göy cisminin Yer kürəsi üçün heç bir təhlükə yaratmayacağını dəqiqləşdiriblər. Astroloqların dəqiq hesablamalarına görə, meteroid avqustun 29-da 32 400 saat/kilometr sürətlə Yer kürəsinin 4,8 milyon kilometr yaxınlığından keçəcək.

"2016 NF23" meteroidin Yerlə toqquşması dünya üçün acınacaqlı nəticələr verə bilərdi. Meteroidin Yerlə növbəti görüşünün 3 sentyabr 2020-ci ildə baş tutacağı gözlənilir.

Zülfiyyə Qurbanova
BAKU.WS