SİZİN REKLAM BURADA!
055 213 76 73



Küçənin ortasında əri tərəfində vəhşicəsinə döyülən qadın ölüb.

BAKU.WS sfera.az saytına istinadən xəbər verir ki, hadisə Hindistanda, Dehli yaxınlığındakı qəsəbələrin birində baş verib.
Arvadını xəyanət etməkdə günahlandıran kişi dəri kəmərlə ona 100 zərbə vurub.

Üstəlik hadisəyə tamaşa edənlərə arvadını zorlamağa icazə verib. Huşunu itirən qadın sonradan keçinib. Polis qadının ərini və zorlamada iştirak edən daha 3 nəfəri həbs edib.

Cinayətə tamaşa edən daha 30 nəfər axtarışa verilib.

Nihat HÜSEYNZADƏ
BAKU.WS