SİZİN REKLAM BURADA!
055 213 76 73



Fevralın 5-də Suriyanın Afrin bölgəsində minaatanlardan açılan atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbçisi həlak olub.

BAKU.WS bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bundan əvvəl "Zeytun budağı" əməliyyatı çərçivəsində şəhid olan türk əsgərlərinin sayının 15-ə çatdığı, 62 əsgərin yaralandığı bildirilirdi. Türkiyə Ordusu isə əməliyyat başlayandan Afrin bölgəsində 947 terrorçunu məhv edib.

BAKU.WS