13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


İranın qərbində yerləşən Kerman əyalətində 5.7 bal gücündə daha bir zəlzələ baş verib.

BAKU.WS-in məlumatına görə, zəlzələ nəticəsində azı 18 nəfər yaralanıb. Bir neçə kəndin elektrik və su təchizatı sıradan çıxıb, evlərə ciddi ziyan dəyib.

Qeyd edək ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş vermişdi. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu.

BAKU.WS