SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya Yəməndəki səfirliyinin bütün əməkdaşlarını bu ölkədən çıxarıb.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib. Onun sözlərinə görə, Sənadakı vəziyyəti nəzərə alaraq Rusiya diplomatlarının Yəməndəki fəaliyyətinin müvəqqəti olaraq dondurulmasına qərar verib. Bundan sonra diplomatik korpusun əməkdaşları öz missiyalarını Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda davam etdirəcəklər.

BAKU.WS