İranın qərbində 6 bal gücündə zəlzələ olub.
 
BAKU.WS-in məlumatına görə, zəlzələnin episentri Ezgele qəsəbəsində, 46 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə hələ məlumat yoxdur.

Qeyd edək ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş vermişdi. Nəticədə 505 nəfər ölüb, 12 mindən çox insan xəsarət alıb.

BAKU.WS