SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Ali Məhkəməsi Donald Trampın 2020-ci il seçkilərinə mane olduğu üçün federal təqibdən toxunulmazlıq tələbini rədd edən məhkəmə qərarını ləğv edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə sabiq Amerika lideri barədə yeni qərar çıxarıb. Qərara əsasən Donald Tramp “mütləq toxunulmazlıq" hüququna malikdir.

Məhkəmə həmçinin qərar verib ki, keçmiş prezidentlər şəxsi xarakterdə törətdikləri əməllərə görə təqib olunmaq hüququna malik deyillər.

Tramp qərarla bağlı açıqlamasında “Bu, Konstitusiyamız və demokratiyamız üçün böyük bir qələbədir” deyib.

BAKU.WS