SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktyor Rassel Krou "Qladiator 2" filmi və ona münasibəti haqqında danışıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, aktyordan Ridli Skottun filminə davamın çıxarılması ideyasına necə baxdığı soruşulub.

Krounun sözlərinə görə, o, franşizanın davamının çəkilməsi səbəbindən bir növ narahatlıq hissi keçirir:

"Bu, Maksimus Desim Meridius obrazının orijinalda öldüyü ilə bağlıdır. Mənim üçün bir az narahatedicidir ki, onlar başqa bir film çəkiblər, başa düşürsünüzmü? Çünki, əlbəttə, mən ölmüşəm. Nə edəcəkləri barədə mənim söz haqqım yoxdur. Mən heç nə dəyişə bilməzdim, çünki dərin torpağın altındayam".

2023-cü ildə olduğu kimi, Krou yenə də "Qladiator 2"də çəkilməməsi səbəbindən bir qədər qısqanclıq hissi keçirdiyini etiraf edib.

"Qladiator 2"nin premyerası 22 noyabr 2024-cü ildə olacaq. Davamın hadisələri orijinal filmin süjetindən 25 il sonra cərəyan edəcək.

BAKU.WS