SİZİN REKLAM BURADA!
055 213 76 73


23 il sonra yenidən ekranlara gələcək "Qladiator 2" filminin çəkilişləri yekunlaşıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə filmin baş rol ifaçısı Pol Meskal paylaşım edib.

O ekran işinin məşhur rejissoru Ridli Skotla fotosunu paylaşaraq ingilis dilində "Son" sözünü yazıb.

"Qladiator 2"də Polla yanaşı, Denzel Vaşinqton, Cozef Kuin, Fred Heinqer və Pedro Paskal kimi aktyorlar da yer alacaqlar. 

Qeyd edək ki, "Qladiator" "Internet Movie Database"də (IMDb) 250 film arasında 36-cı yerdə qərarlaşıb.

2000-ci illərin uğurlu ekran işlərindən olan "Qladiator" "Oscar"da daxil olmaqla 5 mükafat qazanıb. 

BAKU.WS