SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli aktyor Murat Yıldırım Fransada 77-ci dəfə təşkil edilən Kann Film Festivalına qatılıb.

BAKU.WS xəbər verir ki, o, festivalda fanat ordusu ilə qarşılaşıb.

Pərəstişkarları aktyordan avtoqraf alıb, selfi çəkdiriblər.

Həyat yoldaşı Iman Elbani ilə "Qırmızı xalı"da yeriyən aktyor fotoqraflara çoxlu pozlar verib. Daha sonra Murat Kann Film Festivalı çərçivəsində təşkil edilən "Vanity Fair" qonaqlığında iştirak edib.

Aktyor xüsusi kolleksiyadan olan və onun üçün hazırlanan şık kostyum geyinib.

"Vanity Fair"də Murat Yıldırımla yanaşı onun 17 il əvvəl "Asi" serialına çəkildiyi Tuğba Büyüküstün də yer alıb. 

BAKU.WS