SİZİN REKLAM BURADA!
055 213 76 73


Yaxın Şərqdə davam edən gərginliyin dünya bazarlarına təsiri maraqla gözlənilir. Maraqlıdır ki, qlobal bazarlar bu gərginlik fonunda sabit mövqe göstərib.

Bu barədə "Bloomberg" agentliyi yazıb. 

İran aprelin 13-ü axşam saatlarında İsrail istiqamətində ümumi sayı 300-ə yaxın pilotsuz təyyarə və raket buraxıb.

Agentliyin məlumatına görə, neftin qiyməti möhtəkirliyə görə ucuzlaşıb. İranın BMT-dəki Daimi Nümayəndəliyi bəyan edib ki, Tehranın hərbi əməliyyatı İsrailin Dəməşqdə İranın diplomatik qurumlarına qarşı təcavüzünə cavabdır.

"Bloomberg" xatırladır ki, İranın Daimi Nümayəndəliyi İsrailə qarşı cavab atəşinin sona çatdığını bəyan edib. Müəlliflər ABŞ prezidenti Co Baydenlə İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığına da diqqət çəkiblər. Belə ki, ABŞ aydın şəkildə İsrailə çatdırıb ki, Qəzza zolağında fəaliyyət kursu dəyişməsə, yəhudi dövləti dəstəklənməyəcək.

Agentlik qeyd edib ki, son gərginlik dollara az təsir göstərib. Xəzinədarlıq isə əvvəlki sessiyada gəlirlərin azalmasından sonra düşüb.

Qeyd edək ki, "Total Research"in strateji tədqiqatlar departamentinin mütəxəssisi Yaroslav Ostrovski bildirmişdi ki, dünya bazarında "Brent" markalı neft bu ayın əvvəlində bir barel üçün 95 dollara qədər yüksələ bilər.

BAKU.WS