SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktrisa Buket Dereoğlu illər sonra etirafı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, Gökay Kalaycıoğlunun "Haber Bahane" verilişinə dəvət olunan aktrisa bir zamanlar əxlaqsız təkliflər aaldığını bildirib:

"İndi fərqli həyat tərzindəyəm. Mənim nəslim fərqlidir... Gənclər üçün çəkilən filmlərdə rol almıram. Mən hələ də ailənin və yaşlı nəslin içindəyəm.

Daha rahat ola biləcəyim bir vəziyyətdəyəm. Amma 20 il bundan əvvəl belə deyildi. Biz daha fərqli vəziyyətlərə gəlmişdik.

Həmin vaxtlar evli idim. Mənə əxlaqsız təkliflər gəlirdi. Qəbul etmirdim. Subay olanda isə ya bu təklifləri görməzdən gəlirdim, ya da nəzakətlə olmayacağını söyləyirdim.

Həmin vaxt üçün bunlar bizə əxlaqsız formada görülməyən təkliflər idi. Əgər qəbul etsəydim pis olacaqdı. O səbəbdən hər dəfəsində nəzakətlə rədd edirdim.

 

BAKU.WS