SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzları Ancelina Colinin və Bred Pittin bioloji qızları Şilo qəribə addımı ilə hər kəsi təəccübləndirib.

BAKU.WS xəbər verir ki, o, bundan sonra atası Bred Pittlə yaşayacaq.

Bir müddət əvvəl Ancelina Bredin ona və uşaqlara qarşı şiddət göstəridiyi iddiası ilə çıxış etmişdi.

Aktrisanın bu sözlərindən sonra Şilonun belə addım atması hamını şoka salıb.

"The Sun"ın məlumatına görə, gələn ay 18 yaşı tamam olan Şilo atasının yanına, yəni Kaliforniyadakı 6 milyon dollarlıq malikanəyə köçəcək.

Şilo Bredlə Ancelinanın ilk bioloji övladıdır. O 2006-dı ildə Nambiyada dünyaya gəlib. 

BAKU.WS