Netanyahu əməliyyat olunacaq
31
mar
2024
19:05
İsrailin Baş naziri Benyamin Netanyahu bu gün əməliyyat olunacaq.
Bu barədə "Kan" dövlət teleradio şirkəti Baş nazirin ofisinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Baş nazir postunu müvəqqəti olaraq baş nazirin müavini və ədliyyə naziri Yariv Levin tutacaq.
Əməliyyat tam anesteziya altında aparılacaq.
Əməliyyat dünən İsrail baş nazirinin rutin müayinəsi zamanı aşkarlanan yırtıqla bağlıdır.
Oxşar xəbərlər
Netanyahu cəbhə xəttində: Baş nazir müharibənin yeni mərhələsini elan edib
İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın hücumundan ən çox zərər çəkən iki sərhəd icmasına - Beeri və Kfar-Azzaya baş çəkib. Bu barədə “Report” “Times of...