SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktyor Furkan Andıçın aprelin 4-də 33 yaşı tamam olacaq.

BAKU.WS xəbər verir ki, o ad günü üçün bağışlanan hədiyyə və pulun autizmdən əziyyət çəkən uşaqlara verilməsini istəyib.

Aktyor bu barədə sosial şəbəkə hesabında bildirib:

"Aprelin 4-dəki doğum günümü "TODEV" Fondundan dəstək alan uşaqlarla bölüşmək qərarına gəldim. Bu doğum günümdə mənə verə biləcəyiniz ən gözəl hədiyyə autizmli uşaqlar üçün ianələriniz olacaq. Siz də mənim bu xeyriyyə kampaniyamı dəstəkləyin".

BAKU.WS