SİZİN REKLAM BURADA!
055 213 76 73


Uzun müddətdir yoğun bağırsaq xərçəngindən əziyyət çəkən türkiyəli aktrisa Bahar Öztan səhhəti ilə bağlı yeni xəbər yayılıb. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Yeşilçam"ın "Qəmzəli gözəli" kimi tanınan aktrisanın reanimasiyaya yerləşdirildiyi və süni tənəffüs aparatına qoşulduğu iddia edilib.

3 dəfə xərçəngə qalib gələn aktrisanın oğlu Yiğit açıqlama verib. O bildirib ki, anası süni tənəfüfs aparatına qoşulmayıb:

"Yayılan məlumat yalandır. Çox şükür anam yaxşıdır. Bu xəbərlərə inanmasınlar. Hər hansı ciddi bir dəyişiklik olsa öz yaxınları tərəfindən bu barədə açıqlama veriləcək".

Aktrisa son paylaşımında "Hamınıza sağlıqlı xoşbəxt günlər arzu edirəm. Dualarınıza ehtiyacım var. Hamınıza sevgilər..." sözlərini qeyd edib. 

BAKU.WS