SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli məşhur aktrisa Bahar Öztan uzun müddət müalicə aldığı xəstəxanadan sevənlərinə müraciət edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 3 dəfə xərçəngə qalib gələn aktrisa yenidən bu xəstəliyə tutulub.

O yerləşdirildiyi tibb müəssisəsindən foto paylaşaraq sevənlərinin onun üçün çoxlu dua etməsini istəyib:

"Hamıya salam. Uzun müddətdir sizə yaza bilmirəm. Ötən gün yenə İstanbuldakı xəstəxanaya gəldim. Gələn həftə əməliyyat olunacağam.

Hər zamanki kimi sizin dualarınıza ehtiyacım var".

Qeyd edək ki, Bahar Öztan bir zamanlar "Yeşilçamın qəmzəli gözəli" kimi xatırlanırdı. 

BAKU.WS
QALEREYA