SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli aktyor Kartal Tibet dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, aktyorluqla yanaşı rejissor kimi də fəaliyyət göstərən Kartal Tibet 83 yaşında vəfat edib.

Türkiyəli məşhurlar aktyorun vəfatı ilə bağlı paylaşımlar ediblər.

Türk kinosunun sultanı aktrisa Türkan Şoray sosial şəbəkədə həmkarı ilə bağlı paylaşım edib. O, Kartal Tibetlə axiv fotosunu yayımlayaraq bunları yazıb:

“Hər zaman qəlbimdə ayrı yerin olub, əziz həmkarım. Kartal Tibet aramızdan ayrıldı. Kədərimiz o qədər sonzudur ki...

Çəkilişlərdə gözəl xatirələr yaşadıq. Birlikdə “Çalıkuşu”, “Zulüm” və “Vukuat Var” (“Hanımın Çiftliği”) kimi gözəl filmlərə çəkildik.

Ən sevdiyim “Sultan” filminin rejissoru idi. Kino sektorunda aktyor və rejissor kimi öz sözünü dedin. Heç vaxt unudulmayacaqsan. Məkanın cənnət olsun”.

Meqastar Tarkan da məşhur aktyorun vəfatı ilə bağlı paylaşım edənlər arasında olub.

O, şəxsi “Instagram” hesabındakı paylaşımında Tibetin fotosunu paylaşaraq bunları yazıb:

“Başımız sağ olsun. Böyük aktyor və rejissoru itirdik. Hər zaman aktyorumuzu dərin sevgi və məhəbbətlə anacağıq. Ailəsinə, yaxınlarına və bütün sevənlərinə səbr arzu edirik”.

Müğənni Ajda Pekkan da mərhum aktyorla bağlı paylaşım edib. Pekkan sosial şəbəkə hesabında bunları yazıb:

“Yeşilçam”ın nəhəng simalarından birini itirməyin acısını yaşayırıq. Buna görə də çox kədərlənirik. Allahdan ona rəhmət, ailəsi, yaxınları və sevənlərinə başsağlığı diləyirəm. Məkanı cənnət olsun”.

BAKU.WS