SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-nin Las Veqas şəhərində ard-arda konsertlər verən məşhur müğənni Adelin səhhətində problemlər yaranıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sinəsində yaranan ağrılar səbəbilə sənətçinin səsinin batma ehtimalı yaranıb və konsertlərini ləğv edib. 

Adel səsilə bağlı ilk dəfə 2011-ci ildə problem yaşayıb. O həmin vaxt 23 yaşında idi. Fransada radiolardan birində canlı ifa səsləndirən Adelin səs telləri qanamışdı. Ona tibbi müdaxilə edərək səsteli mikrocərrahiyəsi həyata keçirilib.

Əməliyaytdan 3 ay sonra o 2012-ci ildə "Grammy" mükafatlandırma mərasimində 6 mükafat aldı.

2017-ci ildə yenidən səsi batan Adel konsertlərini ləğv etmişdi. Müğənni uzun müddət fikirlərini jest və mimikalarla çatdırmağa çalışırdı.

BAKU.WS