SİZİN REKLAM BURADA!
055 213 76 73


Üçqat Olimpiya çempionu mərhum türkiyəli ağır atlet Naim Süleymanoğlunun Türkiyəyə qaçırılmasında vacib rol oynayan Rasim Arda idmançının Türkiyəyə qaçış planını illərdir saxladığı fotolarla izah edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bolqarıstanda doğulan və təzyiqlərə tab gətirməyərk oranı tərk edən, daha sonra Türkiyədə qalan 17 yaşlı Rasim Arda 3 il aradan sonra işləmək üçün getdiyi Avstraliyada vətəndaşlıq alıb.

Avstraliyada qurduğu yeni həyatda keçmişdə yaşadığı çətin günləri unuda bilməyən Arda, Bolqarıstanın türklərə qarşı etdiyi təzyiqi dünyaya çatdırmağa çalışır.

Arda ilə “Cib Herkulesi” ləqəbi ilə tanınan Naimin yolu 1985-ci ildə Melbourneda təşkil edilən ağırlıqaldırma yarışında kəsişir.

Rasim Arda həmin illərdə çəkilən fotoları göstərərək bunları deyir:

“Bir ara bolqar idmançılarla yarışdan sonra söhbət edərkən Naimin məşqçisindən onun adını niyə dəyişdirmədiklərni soruşdum. "Sizin burada problem yaradcağınızı bilirik" dedi və onun adını başqa səfər zamanı dəyişdirəcəklərini dedilər.

Mən bunu Naimə söylədim. O "Mən böyük adamam kimsə mənim adımı dəyişdirə bilməz" - deyə cavab verdi.

Arda ilk planının Naimi oteldən qaçırmaq olduğunu bildirib. Daha sonra bu plan ifşa olunub və başqa planla əvəzlənib.

Naimin qaçırılmasından sonra Bolqarıstan və Avstraliya kəşfiyyat orqanları onu izinə düşüb. 

Qeyd edək ki, Naim Süleymanoğlu Bolqarıstandakı təzyiqlərdən xilas olmaq və Türkiyə adına turnirlərə qatılmaq üçün 1986-cı ildə Melburnda təşkil olunan dünya çempionatında Türkiyə səfirliyinə sığınıb.

O öz çəkisindən 3 qat artıq ağırlıq qaldırmaqla tarixə düşən yeganə idmançıdır. O, ilk dəfə 15 yaşındaykən dünya rekorduna imza atıb. Naim Süleymanoğlu ağır atletika üzrə idman karyerasında 47 dəfə dünya rekorduna imza atıb. 

BAKU.WS
QALEREYA