SİZİN REKLAM BURADA!
055 213 76 73


Altuşinski akvariumunun rəhbəri Viktor Jilenko Qara dənizdə aşkar edilən təhlükəli Aralıq dənizi yırtıcı orfozun tutulmasına görə mükafat elan edib.

BAKU.WS RİA Novosti-yə istinadən xəbər verir ki, bir gün əvvəl balıqçılar Krım sahillərində iki belə balıq tutublar - onlar götürülərək akvariumda yerləşdirilib.

Jilenkonun sözlərinə görə, bu yırtıcılar Qara dəniz balıqlarını təhdid edir, çünki onlar bütün qida ehtiyatını məhv etməyə qadirdirlər və bu dənizdə onların rəqibləri yoxdur.

“Orfozlar 50 santimetrə, bəzi növləri isə 2 metrə qədər böyüyürlər. Ona görə də bu çağırılmamış qonağa qarşı ov elan edirəm. Bu yırtıcı tutub bizə gətirən hər kəsə 5 min rubl mükafat veriləcək”, - deyə akvariumun direktoru bildirib.

BAKU.WS