SİZİN REKLAM BURADA!
055 213 76 73


Freddi Merkurinin solisti olduğu musiqi qrupu "Queen"in mahnıları rekord qiymətə satışa çıxarılıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, musiqilərin 1.2 milyard dollardan artıq qiymətə satılacağı ehtimal edilir.

Bryus Sprinqstin və Bob Dilan kimi əfsanəvi sənətçilərin musiqilərinin yüksək qiymətə satılmasından sonra "Queen"in də mahnılarının qiymətinin rekord qırması gözlənilir.

2021-ci ildə Bryus Sprinqstin musiqiləri 500 milyon dollara satılmışdı. "Queen"in mahnılarının isə bunun iki qatına satılacağı güman edilir.

BAKU.WS