SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə Kahramanmaraşdakı zəlzələdə evləri dağılan Muhammed Irmak və ailəsini villa ilə təmin edən aktyorun kimliyi bəlli olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun aktyor Ali Burak Ceylan olduğu ortaya çıxıb.

Bununla bağlı açıqlama verən aktyor "Sadəcə mən deyil, bir neçə xeyriyyə işləri ilə məşğul olan insanları tapdıq və villanı təmir etdirdik. Mən bu işdə təşkilatçı və görünən sima oldum" deyərək bildirib. 

Xatırladaq ki, zəlzələ qurbanlarından olan Muhammed Irmak təbii fəlakətdən 10 gün əvvəl İstanbulda bir pul qabı tapır. Bunu polisə təhvil verən zaman onun məşhur aktyorlardan birinə aid olduğunu öyrənir. Aktyor pul qabısını tapan Irmaka "Nə vaxt dara düşsən mənə söylə" deyir.

Bu hadisədən 10 gün sonra Kahramanmaraşdakı zəlzələdə evi dağılır. Ailəsi və yaxınları ilə evsiz qalan Irmak aktyora zəng edib ondan kömək istəyir. Ali Burak Ceylan onlar üçün İstanbulun mərkəzi yerində villa hazırlatdırdığını, orada qala biləcəklərini deyib. 

Ətraflı videoda:

BAKU.WS
VİDEO