Avropada fermerlər ayağa qalxdı - Şəhərləri etirazlar bürüyüb - VİDEO

Avropada fermerlər ayağa qalxdı - Şəhərləri etirazlar bürüyüb - VİDEO
Foto Video
Siyasət 1

Belçikada fermerlər artan xərclər, Avropa Birliyinin (Aİ) ekoloji siyasəti və ucuz idxal məhsulları kimi mövzulardan narahat olduqlarına diqqət çəkmək üçün əsas yolları bağlayaraq etiraz ediblər.

Paytaxt Brüssel və ətraflarında yayılan etirazlar nəticəsində fermerlər Avropa Birliyi Parlamentinin önünü mühasirəyə alıblar.

Kənd təsərrüfatı sektorunda artan problemlərə diqqət çəkmək üçün fermerlərin təşəbbüsü ilə keçirilən traktor nümayişləri Avropanın bir çox ölkəsinə yayılıb. Fransada başlayan və Belçikadan sonra bir çox ölkələrə yayılan etirazlar Almaniya, Polşa, İspaniya, İtaliya və Rumıniyada da davam edib.

Qeyd edək ki, AB-nin azad ticarət müqavilələrində kənd təsərrüfatı məhsullarının idxalı, mürəkkəb bazar qaydaları, subsidiyaların bölüşdürülməsində ədalətsizlik, davamlı kənd təsərrüfatına keçiddə səhvlər səbəbindən problem yaşadıqlarını bildirən fermerlər, kənd təsərrüfatı məhsullarına daha yüksək qiymət verilməsini tələb edirlər.

Son xəbərlər