SİZİN REKLAM BURADA!
055 213 76 73


İstanbulun Güngören rayonunda iki qrup arasında yaranan mübahisədə tərəflər bir-birinə atəş açıb.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, hadisə Güven məhəlləsi, Sarmaşık küçəsində qeydə alınıb.

Atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

İddialara görə, küçədə naməlum səbəbdən iki qrup arasında dava düşüb. Davadan sonra hər iki tərəf bir-birinə atəş açıb.

Hadisə yerinə gələn həkimlər yaralılara ilkin tibbi yardım göstərib, sonra onlar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Yaralılardan E.Ö. adlı şəxsin xəstəxanada edilən müdaxilələrə baxmayaraq həyatını itirdiyi qeyd olunub.

Digər yaralıların müalicəsinin davam etdiyi bildirilir.

BAKU.WS