SİZİN REKLAM BURADA!
055 213 76 73


Keçmiş UFC çempionu Konor Makqreqor yeni açıqlaması ilə gündəmə düşüb.

BAKU.WS xəbər verir ki, irlandiyalı məşhur döyüşçü sosial şəbəkədə paylaşım edib və bildirib ki, ölkə rəhbərliyində təmsil olunmaq istəyir.

“Potensial rəqiblərim 78 yaşlı Qerri, 75 yaşlı Berti və 74 yaşlı Endadır. Bir də mənə baxın. 35 yaşım var. Onlardan cavan, aktiv və bacarıqlıyam. Dəstəkləyənlərim çoxdur və heç bir partiyaya üzv deyiləm. Əqidəmi heç bir siyasi mövqeyə dəyişmərəm. Xalq üçün ən yaxşı namizədəm”, - deyə idmançı bildirib.

Konor onu da vurğulayıb ki, ölkə başçısı olarsa, xalq arasında olacaq və problemlərin həllində birbaşa iştirak edəcək: “İqtidarda “mən” anlayışı olmayacaq. Bİz olacayıq. Mən və sən”.

Cavid Babayev
BAKU.WS
VİDEO