VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İbrahim İsmət oğlu Paşayev əslən Qərbi Azərbaycanın Zəngibasar mahalındandır.

O, Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Padolski şəhərində doğulub böyüyüb. İbrahim Ukrayna Milli Polisinin Kiyev vilayəti idarəsinin əməkdaşıdır.

Ölkədə gedən müharibə ilə əlaqədar olaraq bu ilin əvvəlindən könüllü döyüşlərə qatılıb. Ötən ay isə ağır yaralanıb.

23 yaşlı İsmət İbrahimov hüquq fakültəsində oxuyub. Sonra isə Varşava Universitetinin iqtisadiyyat və maliyyə fakültəsində təhsilini davam etdirib:

“Təhsilimi bitirə bilmədim. Çünki Ukraynada baş verənləri görürdüm və bu, məni kədərləndirirdi. Polşada ukraynalı çoxlu gənclər vardı və bizim kənarda dayanmağa haqqımız yox idi.

Mən gəlib Ukraynanın müdafiəsi ilə məşğul olan strukturlara qoşulmaq üçün ərizə verdim. Bəxtim gətirdi - xüsusi təyinatlı polis bölməsinə qəbul olundum. Hazırda Kiyev Baş Polis İdarəsində polis əməkdaşıyam”.

O bildirib ki, ötən ay Baxmut şəhərinin ətrafında ayağından yaralanıb:

“Bu, yaralı döyüş yoldaşlarımı təxliyə edərkən baş verdi. Təxliyə zamanı ayağımı minaya basdım, sonra elə bil ildırım çaxdı, partlayış oldu.

Mən sırada ikinci gedirdim. Qabaqda gedən əsgər yanıma qayıtdı, ilkin tibbi yardım göstərdi, qanı kəsdi və qrupumuzun bizi təxliyə etməsini gözlədik. Məndə qorxu yox idi. Qorxu minaya basdığımda və gücsüz olduğumu, artıq hadisələrə təsir edə bilməyəcəyimi, hadisələrin məni idarə etdiyini anlayanda yarandı”.

İbrahim Ukraynada doğulub böyüsə də, tarixi Vətəni Azərbaycanla da əlaqəsini kəsməyib. Hətta Azərbaycanın suverenliyinin bərpasını, Qarabağda qələbə prosesini yaxından izlədiyini və ukraynalı dostları ilə bölüşdüyünü bildirib:

“Azərbaycan qələbənin mümkün olduğunu nümayiş etdirdi və heç kim buna mane ola bilmədi. Əminəm ki, Ukrayna da Azərbaycan kimi öz ərazilərini tezliklə azad edəcək”.

Ukrayna polisindən bildiriblər ki, göstərdiyi qəhrəmanlığa görə həmyerlimizin mükafatlandırılması üçün rəhbərlik tərəfindən təqdimat verilib.

Ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO