SİZİN REKLAM BURADA!
055 213 76 73


Dilan Polatın keçmiş ortağı olduğu üçün barəsində istintaq başladıldıqdan sonra sərvəti müsadirə edilən Nez Dəmir, gözəllik mərkəzi sahiblərinin mal-dövlətini açıqlayan fenomen Alp Kılınça qəzəblənib.

BAKU.WS xəbər verir ki, o, Kılınçın 12 mənzili və 1 maşını olduğunu iddia edib.

“Sən kimsən? Antepdə bir kənddə yaşayarkən Nişantaşıdakı evə necə köçmüsən? Sənin barəndə araşdırılma başladılması üçün hər şeyi edəcəyəm", - deyə Nez vurğulayıb.

O, bildirib ki, Kılıç fenomenlərin mal-mülkünü paylaşaraq özünə izləyici yığır:

“Sənin qədər yalançı, böhtançı, ikiüzlü insan yoxdur. Sən kimsən, dövlət? Hüquqşünas? Jurnalist? Bu hansı manipulyasiyadır? Nə cür qavrayışdır? Dünənə qədər “dost” deyib ad günümdə əks cinslə tanışlıq qurmaq istəyən sən deyilsən? Dilan Polatın fotolarının altına "dost" şərhi yazıb izləyici toplayan sən deyildin? Zəlzələ zamanı izləyici qazanmaq üçün doğru-yalan minlərlə yazı yazan sən deyildin? Onu maraqlandıran tək şey puldur, dostlar.

O, “Twitter”də “Abunə ol” deyərək tvit atdı və bu ödənilən pul ona gedir, ona görə də abunə olub izləyicilərini artırdıqda dərhal pula çevirmək istədi, lakin heç kim abunə olmadıqda hamısını sildi”.

“Alp Kılınç Antepdə kənddə yaşayarkən Nişantaşıdakı evə necə köçdü? Bunun arxasında kim dayanır ki bu qədər danışır? Ankarada kimlərlə görüşdü? 12 mənzili, 1 maşını var. 1996-cı il təvəllüdlüdür. Bu pulu haradan alıb? İndi mənə cavab ver”.

Demir bildirib ki, paylaşımlarından sonra Alp Kılınç onunla əlaqə saxlayıb və ondan hekayələri silməsini istəyib. Kılınçın əvvəllər oğurluğa görə mühakimə olduğunu iddia edən Demir geri addım atmadı:

“Yazdığım xəbərləri silməyim müqabilində barəmdəki postu arxivlədi. Əvvəl düşündüm, sonra dedim ki, niyə silməliyəm? artıq edəcəyini etmişdi. Silməsəm mənə xəbər göndərdi ki, ad günümdə tualetdə narkotik tərkibli maddə çəkənlər var deyə böhtan atacaq. Mən səndən qorxacağam? Məni bununla hədələyirsən? 200 nəfər içki içən qonağın kişi tualetinin gözətçisi mənəm? Mənə mesajlar gəldi ki, sən də narkotik istifadə edirsən.

Dedim ki, qoy narkotik büro səni nəzarətə götürsün, gedək birlikdə qan analizinə. Sənə ibrət olsun, bir daha boyundan böyük işlərə girmə. Əgər bu adam mənim barəmdə adam öldürüb desə, daha heç kim ona inanmaz. Digər fenomenlərə atdığı  böhtanlara da… Film bitdi".

Nez günahsız olduğunu deyərək, MASAK hesabatını gözlədiyini vurğulayıb:

“Hökumət sizin etdiyinizi etmir. Mənim dövlət nəzarətində olan tədbirlərim götürülüb. Ödənişlərimi edə bilərəm, dövlət məni qurban vermir. İstintaq və baxış var, hələ ki, mənim günahım yoxdur. MASAK-ın hesabatı gözlənilir.

Dəli quyuya daş atır və hamı onun arxasınca gedir. Heç kim sizin günahsız ola biləcəyinizi düşünmür. 17 ildir işləyirəm. 2 il müştəri təmsilçisi işlədim, 6 il bankda işlədim, sonra influencer oldum. 10 ildir bu işlə məşğulam”.

Alp Kılınç izləyicisi artsın və tanınsın deyə bu addımı atdı, fenomenləri şərlədi, milləti bir-birinə qırdırdı.

BAKU.WS
VİDEO