SİZİN REKLAM BURADA!
055 213 76 73


Sovet aktrisası Tamara Solodovnikova 99 yaşında Moskvada vəfat edib.

Bu barədə “Regnum” agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, həkimlər aktrisanın noyabrın 24-də Konakovskidəki mənzilində öldüyünü təsdiqləyiblər.

"98 yaşlı qadının ölümünə səbəb ürək-damar çatışmazlığı olub",-deyə bildirilib.

Tamara Solodovnikova Liepajadakı (Latviya) Baltik Donanması Teatrında və Moskva Qastrol Komediya Teatrında oynayıb. O, həmçinin “Ev və ustad”, “Rotşild skripkası”, “Ailə başçısı” və “Qrafinya” filmlərdə rol alıb, Sergey Makovetski, Valentina Ananina, Lyudmila Çursina, Yevgeni Sidixin və başqa sənətkarla işləyib.

BAKU.WS