90-cı illərin məşhur müğənnisi Ali Güven şəxsi həyatı ilə bağlı açıqlama verib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Haber Bahane" proqramına qonaq olan sənətçi 16 yaşında olarkən sevgilisinin ona yaxın dostları ilə xəyanət etdiyini bildirib:
"Qırılmış qəlbi necə düzəldə bilərsiniz ki... Qəlbimi ilk dəfə eşq yaşadığım o qız qırdı. Çox yaxın varlı dostum var idi. Sevgilimi onunla birlikdə gördüm. Buna görə iki il depressiya yaşadım.
Sabah 5-də elektrik dirəyinin yanında gözləyirdim onu görüm deyə... Həmin o qız mənə varlı dostumdan sonra başqa bir dostumla da xəyanət etdi. Çox kədərləndim.
Məşhur olduqdan sonra o qızla iki dəfə görüşdüm.
Sonra başqası ilə yeni bir eşq yaşadım. O da məni ortada qoyub getdi. O getdikdən sonra yaşamaq mənə çox ağır gəlirdi".
Qeyd edək ki, Ali Güven 90-cı illərdə "Yolcu" mahnısı ilə populyarlıq qazanıb.