SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov ötən gün yüksək vəzifəyə təyin olunub.

BAKU.WS xəbər verir ki, Adam Kadırov Çeçenistan Respublikasının başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin edilib. 

Adam Kadırov 2007-ci il noyabrın 24-də anadan olub. Onun atası Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov, anası isə Medni Musayevna Kadırovadır. O, Kadırovlar ailəsinin üçüncü oğul övladıdır.

2013-cü ildə 6 yaşı olarkən Adam Rusiyanın ən gənc hafizi (Qurani-Kərimi əzbərləyən şəxs) adını qazanıb. O, uşaqlıqdan döyüş sənəti və boksla məşğul olub, beynəlxalq MMA turnirində debüt edib. Bir sıra döyüşçülər (Fedor Emelianenko da daxil olmaqla) bu təcrübəni tənqid ediblər, çünki 14 yaşı olmamış şəxslərin oktaqona çıxması qadağandır. 2016-cı il oktyabrın 4-də 8 yaşında Qroznıda keçirilən "Axmat Qran Pri" turnirində qarışıq döyüş sənətinin həvəskar qaydaları üzrə döyüşdə iştirak edib və burada Şimali Osetiyadan olan David Xalatov üzərində qələbə qazanıb.

2019-cu ildə 11 yaşlı Adam Kadırov “Dirilmiş Ərtoğrul” adlı türk serialında epizodik rolda çəkilib. 

2020-ci ilin fevral ayında Adam Kadırov həvəskar boks qaydalarına uyğun olaraq “Əfsanələrin vaxtı” turnirində iştirak edib və burada uqandalı Mukisa Ukaşa ilə qarşılaşıb. Birinci raundda afrikalı boksçu demək olar ki, hücuma keçməyib, ikincidə isə yüngül zərbədən sonra dizi üstə əyləşib və 10 saniyə ərzində ayağa qalxmayıb.

8 aprel 2021-ci ildə 13 yaşlı Adam Aslan Bittirovla boks görüşü keçirib. Onun rəqibi ilk iki raundda üstün olub. İkinci raundun bitməsinə 11 saniyə qalmış referi Bittirovun hücumunu dayandırıb və döyüş mövqeyində möhkəm dayansa da, döyüşü davam etdirməyə hazır olsa da, onun nokdaununu saymağa başlayıb. Eyni zamanda, təslim olmaq əlaməti olaraq Bittirovun küncündən dəsmal atılıb və Kadırov texniki nokautla qələbə qazanıb. Döyüşü şərh edənlər təəccübləniblər və vəziyyəti izah edə bilməyiblər. Yarışın videosu yayılandan sonra bir çox boksçular və idman ictimaiyyətinin nümayəndələri Aslan Bittirovun yıxılmadığını və 10-a qədər saymağa əsas olmadığını görüblər. Bu vaxt çeçen mediası Adamın rəqibinə “heç bir şans buraxmadığını” yazıb.

2023-cü ildə 15 yaşlı Adam Kadırov Quranı yandırmaqda ittiham olunaraq Qroznıda istintaq təcridxanasında olan Nikita Juraveli döyüb.

Bu il, 15 yaşında "vacib" və "məsuliyyətli" bir vəzifəyə - Çeçenistan Respublikası başçısının təhlükəsizlik şöbəsinin müdiri təyin edilib. Atası bunu onunla əsaslandırıb ki, oğlanın respublika qarşısında çoxlu xidmətləri olub və belə bir vəzifə tutmağa qadirdir.

BAKU.WS
QALEREYA