Yapon mütəxəssisdən XƏBƏRDARLIQ - Burada zəlzələnin şiddəti 7.9 baldan çox olacaq

Yapon mütəxəssisdən XƏBƏRDARLIQ - Burada zəlzələnin şiddəti 7.9 baldan çox olacaq
Siyasət 0

Yaponiyalı mütəxəssis Yoşinori Morivaki Türkiyəyə zəlzələ ilə bağlı xəbərdarlıq edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Adıyaman şəhərinə gələrək zəlzələ ilə bağlı seminar verib. Daha sonra mütəxəssis Mərmərə bölgəsində ciddi bir zəlzələnin gözlədiyini və zəlzələ zamanı minlərlə insanın ölə biləcəyini bildirib.

Zəlzələ üzrə ekspertin sözlərinə görə, baş verəcək yeraltı təkanların gücü 7.9 baldan çox olacaq:

“Xüsusilə Şərqi Anadolu Fay Xətti uzun müddət idi qırılmamışdı. Elazığ zəlzələsindən sonra Kahramanmaraş və Adıyaman da daxil olmaqla bu bölgədə zəlzələ olub. Kahramanmaraş, Adıyaman və Hatayda 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib və bu bölgələrdə zəlzələlər təxminən 2 il davam edəcək. Amma bu bölgədə yenə eyni zəlzələnin təkrarlanmasını gözləmirik”.

Gələcəkdə harada olacağını soruşsanız, Şərqi Anadolu Fay Xəttinin Hataydan sonra dənizin içərisində Kipr də daxil olmaqla Cənub tərəfdə olacaq. Bingöl, Karlıova, Bitlis, Muş, Mərmərə və İzmirdə zəlzələnin ola biləcəyini düşünürük.

Türkiyə ilə Yaponiya onsuz da eyni xətt üzərindədir, hər ikisində də zəlzələ ola bilər. Biz bilirik ki, Türkiyə indiyə qədər enerji toplayıb, bu enerji hələ qırılmayıb və zəlzələlər davam edə bilər.

Buna hər zaman hazır olmaq lazımdır. Mərmərə bölgəsi İzmirdən sonra dənizdə qırılma tamamilə baş turarsa, zəlzələnin şiddəti 7,7 və 7,9-a çata bilər. Başlanğıclar yumşaq zəmində formalaşır, binanın təməlləri yaxşı olmalıdır. Yeri yaxşılaşdırdıqdan sonra bina tikmək lazımdır.

Hatayda yeni tikililər uçub. Buna səbəb binanın zəmini tam abadlaşdırmadan inşa edilməsidir. Bina möhkəmdir, amma zəmini möhkəm deyil”.

Son xəbərlər