SİZİN REKLAM BURADA!
055 213 76 73


Noyabrın 22-də "İyirmilik Qrupu"nun (G20) onlayn sammiti keçiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, sammitə Hindistan ev sahibliyi edəcək.

Daha əvvəl Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Baqçi bildirib ki, Yeni Delhi artıq G20 onlayn sammitinə mümkün qədər çox liderin iştirakı üçün dəvətlər göndərib.

Xatırladaq ki, sentyabrın 9-10-da Yeni Delhidə baş tutan G20 sammiti zamanı Hindistanın Baş naziri Narendra Modi noyabrda qrup liderlərinin virtual formatda görüşünün keçirilməsini təklif edib.

BAKU.WS