SİZİN REKLAM BURADA!
055 213 76 73


İndoneziya prezidenti Coko Vidodo Ukrayna prezidenti Volodimir Zelenskini G20 sammitinə dəvət edib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Zelenski Vidodo ilə söhbətindən sonra özünün “Twitter” hesabında məlumat verib.

“Mən İndoneziya prezidenti Coko Vidodo ilə danışıqlar apardım. Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə, xüsusən də BMT-də aydın mövqeyinə görə ona təşəkkür etdim”, - dövlət başçısı yazıb.

Onun sözlərinə görə, söhbət əsnasında həmçinin ərzaq təhlükəsizliyi məsələləri müzakirə edilib.

“G20 Sammitində iştirak etmək dəvətinə görə minnətdarıq”, - deyə Zelenski əlavə edib yazıb.

Qeyd edək ki, G20 Sammiti bu ilin noyabrında İndoneziyanın Bali adasında keçiriləcək.

BAKU.WS