SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktyor Kıvanç Tatlıtuğ seriallardan qazandığı gəlirinə əmlak və torpaq sahələri alır.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi bu dəfə İzmir Dikili bölgəsində 14 hektar torpaq sahəsi alıb.

Aktyorun əraziyə 15 milyon lirə (təxminən 903 000 AZN) ödədiyi bildirilib.

Kıvanç bundan əvəl də böyük torpaq sahəsi alıb. Ona isə 20 milyon lirə (1 milyon 204 min AZN) ödəmişdi.

Tatlıtuğ bir müddət əvvəl balaca oğlu Efe üçün Böyük Britaniyada 23 milyon lirəyə (təxminən 1 milyon 384 min AZN) ev alıb.

Bundan başqa aktyorun Bodrum və Göcekdə villaları, İstanbulun Etiler səmtində bir neçə bina evi və torpaq sahələri də var. 

BAKU.WS