Türkiyədə ağır qəza: Ölən və yaralananlar var - FOTO

Türkiyədə ağır qəza: Ölən və yaralananlar var - FOTO
Foto
Siyasət 0

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, Konyada iki avtomobilin toqquşduğu qəzada 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Məlumata görə, Akif Çiftçinin idarə etdiyi avtomobil Hakan Çiftçinin idarə etdiyi avtomobillə toqquşub.

Əraziyə sağlamlıq, polis, jandarma və xilasetmə qrupları cəlb edilib.

Qəzada sürücülərdən biri Akif Çiftçinin öldüyü, digər sürücü Hakan Çiftçi, sərnişinlər İsmayıl Yeni və Yusuf Koçun isə yaralandığı bildirilib.

Yaralılar xəstəxanalara aparılıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Son xəbərlər