İsrail ordusu HƏMAS-ın komandirlərindən birini öldürdü

İsrail ordusu HƏMAS-ın komandirlərindən birini öldürdü
Siyasət 0

İsrail ordusu Qəzza zolağında Fələstinin HƏMAS-ın silahlı qanadının raket bölmələrindən birinin komandirinin məhv edildiyini açıqlayıb.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Xan Yunisin şimal hissəsində HƏMAS raket qüvvələrinə komandanlıq edən Həsən əl-Abdullah öldürülüb.

Əldə edilən kəşfiyyat məlumatlarına əsasən, hücumun İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən həyata keçirildiyini açıqlayıb.

Qeyd olunur ki, İsrail qırıcıları Qəzza zolağında HƏMAS-ın terror infrastrukturuna, o cümlədən hərbi komandanlıq mərkəzlərinə və raket buraxılış məntəqələrinə zərbələr endirməkdə davam edir.

Son xəbərlər