SİZİN REKLAM BURADA!
055 213 76 73


Belçikanın paytaxtı Brüsselin mərkəzində atışma nəticəsində iki nəfər ölüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belçika polisi bildirib.

Yayılan görüntülərdə naməlum şəxsin bir neçə dəfə atəş açdığı əks olunub.

Ölənlərin İsveç milli futbol komandasının azarkeşləri olduğu deyilir.

Qeyd edək ki, İsveç bu axşam Heysel stadionunda AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika ilə qarşılaşır.

Polislər hadisə yerini mühasirəyə alıb. Atəş açan şəxsin axtarışları aparılır.

BAKU.WS