SİZİN REKLAM BURADA!
055 213 76 73


Fələstin hakimiyyəti HƏMAS-ı girovları azad etməyə çağırıb.

"Report"un məlumatına görə, bu barədə TASS-a Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl bildirib.

“Fələstin Prezidenti Mahmud Abbas artıq öz bəyanatında müharibənin dayanacağını, yardımın gələcəyini və HƏMAS-ın girov götürdüyü mülki insanları geri qaytaracağını bəyan edib", - səfir deyib.

Qeyd edək ki, Fələstinin HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb. Bildirilib ki, 3 000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb.

BAKU.WS