SİZİN REKLAM BURADA!
055 213 76 73


İsraildə baş verən hadisələr fonunda 9 Amerika Birləşmiş Ştatları (ABŞ) vətəndaşı həlak olub.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Vatson bildirib.
 
"BBC"nin məlumatına görə isə İsraildə, həmçinin 10-dan çox britaniyalı ölüb, yaxud itkin düşüb.
 
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 800 nəfər ölüb, 2 750 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
BAKU.WS