SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrailin Müdafiə Ordusunun hava zərbələri nəticəsində HƏMAS-ın Qəzza zolağının Tel-Elxua rayonundakı qərargahı dağıdılıb.

BAKU.WS İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə Qəzza zolağından məlumat yayılıb.

***12:04

İsrail ordusu “Dəmir qılınc” adı altında antiterror əməliyyatına başladığını elan edib.

BAKU.WS xəbər verir ki, hazırda ölkədə səfərbərlik elan edilib.

Ehtiyatda olanlar təcili olaraq orduya çağırılır.

Xatırladaq ki, bu səhər İsrail mərazisinə Qəzza zolağından minlərlə raketatılıb.

Ardınca HƏMAS-ın hərbi qanadının rəhbəri bütün fələstinliləri silaha sarılmağa çağırıb. Buna cavab olaraq İsrail Müdafiə Nazirliyi Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatın başlandığını elan edib.

BAKU.WS