SİZİN REKLAM BURADA!
055 213 76 73



Fələstinin HƏMAS hərəkatı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanınmasına dair qərarından sonra üçüncü müqavimət hərəkatının (İntifada) başlandığını elan edib.

BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hərəkatın mətbuat katibi Abdulativ Alkanu açıqlama verib. O deyib ki, Ytampın qərarının ləğv olunması üçün ABŞ-a təzyiq göstərilmək məqsədilə Qəzza zolağında etiraz dalğası daha genişləndirilir.

Birinci İntifada 1987-1991-ci illəri, İkinci İntifada isə 2000-2005-ci illəri əhatə edib. Müavimət hərəkatı zamanı yüzlərlə israil hərbçisi və mülkişəxs öldürülüb, minlərlə insan yaralanıb.

BAKU.WS