13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında İslami Cihad qruplaşmasına qarşı başlatdığı “Sübh” əməliyyatı məqsədlərinə çatıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Yair Lapid ölkənin cənub bələdiyyələrinin rəhbərləri ilə görüşündə deyib.

Baş nazir bildirib ki, əməliyyatı davam etdirməyin mənası yoxdur.

Bu gün İsrail və Fələstin Misirin vasitəçiliyi ilə atəşkəs haqqında razılığa gəliblər.

Atəşkəs yerli vaxtla saat 20:00-da qüvvəyə minəcək.

Xatırladaq ki. İsrail ordusu avqustun 5-də hərbi əməliyyata başlayıb. Nəticədə İslami Cihadın iki komandiri Xalid Mənsur və Təysir əl-Cəbari öldürülüb. Buna cavab olaraq İsrailə 580-dən çox raket atılıb. Qəzza zolağının ətrafındakı 80 kilometrlik zonada fövqəladə vəziyyət elan edilib.

BAKU.WS