SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail hərbçiləri İordan çayının Qərb sahilində keçirilən antiterror əməliyyatı zamanı Fələstinin HƏMAS təşkilatının 29 silahlısını saxlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Yəhuda və Samari bölgəsində aparılan genişmiqyaslı anti-terror əməliyyat nəticəsində, o cümlədən İordan çayının vadisində HƏMAS terror təşkilatının 29 silahlısı saxlanılıb”, - deyə məlumatda bildirilir.

Ordunun mətbuat xidmətinin məlumatına görə, həbslər bütün gecə və səhər saatlarına kimi İordan çayının qərb sahilində bir çox məntəqədə aparılıb.

Ümumilikdə, HƏMAS yaraqlılarından əlavə, axtarışda olan 41 də nəfər saxlanılıb. Bundan əlavə, İsrail təhlükəsizlik qüvvələri bu basqınlar zamanı silah və sursat ələ keçirib.

BAKU.WS