SİZİN REKLAM BURADA!
055 213 76 73


Oktyabrın 7-də Fələstinin radikal “HƏMAS” hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb və şəhərləri bombalayıb. Bu zaman Qəzza yaxınlığında keçirilən festivalda “HƏMAS”ın hədəfinə çevrilib.

BAKU.WS xəbər verir ki, həmin vaxt oradan 260 insanın cansız bədəni aşkarlanıb. Bu qədər insan arasından Gili Yoskovich adlı bir qadın sağ qurtulmağı bacarıb.

O ətrafda silahlı şəxslər olarkən bir ağacın altında gizlənib. Gill başına gələnləri belə xatırlayır:

"Hər yerdə silahlı şəxlər var idi. Onlar maşınların yanında dayanaraq hamıya atəş açırdılar. Ona görə maşınıma minib biraz uzaqlaşmağa çalışdım. Onlar avtomobilə atəş açdılar. Maşını buraxıb qaçmalı oldum. Bir ağacın altına sığınmağa çalışdım. Onlar hər yeri atəşə tuturdular. Ətrafda xeyli insan cəsədi gördüm. Ağlamadan sakit dayanmaq məcburiyyətində idim. Qorxudan ayaqlarım əsirdi. Gözlərim bağlı formada nəfəs almağa çalışırdım. 3 saat orada qaldım. Daha sonra 5-6 İsrail əsgəri gördüm və onların yanına gedərək xilas oldum".

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında etibarən 1000-ə yaxın "HƏMAS" yaraqlısı İsrailin 20 şəhəri və 11 ordu düşərgəsinə sızıb. Son məlumatlarda ölən israillilərin sayının 1100-ə çatdığı, 2000-dən çox yaralının olduğu bildirilib.

BAKU.WS