SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin təhlükəsizlik qüvvələri bütün ölkə ərazisində “Kahramanlar” kod adı ilə miqyaslı antiterror əməliyyatına başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya feysbuk hesabında bildirib:

"Səhər saat 8:30-a (Türkiyə vaxtı ilə) olan məlumata görə, ölkə ərazisində 466 anti-terror əməliyyatı keçirilib. Əməliyyatlara təhlükəsizlik qüvvələrinin 13 min 440 əməkdaşı cəlb olunub. Nəticədə Mersin, Van, Şanlıurfa, Mardin və Aydında 12 terrorçu həbs olunub, Diyarbakır, Qaziantep, İstanbul, Bursa, Batman, Dənizli, Adana, Kayseri, Antalya, Konya, Isparta və Kocaelidə isə 55 şübhəli saxlanılıb".

Məlumat üçün bildirək ki, Türkiyə ərazisində miqyaslı antiterror əməliyyatları PKK qruplaşmasının Ankarada Daxili İşlər Nazirliyinin binası qarşısında törətdiyi partlayışdan sonra başlayıb.

BAKU.WS