SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Milli Kəşfiyyat Təşkiatı (MİT) İraqın şimalında uğurlu əməliyyat keçirib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı YGP/PKK terrorçu qruplaşmasının sözdə kəşfiyyat rəhbəri, “Koçer” kod adlı Mətin Aslan öldürülüb.

Onun PKK-nın terrorçularının həbsdə olan lideri Abdullah Öcalanın dayısı oğlu olduğu bildirilir.

Əməliyyat 2019-cu ilin noyabrın əvvəlində keçirilsə də, 51 yaşlı Mətin Aslanın öldürülməsi barədə məlumat indi yayılıb.

M.Aslan 1994-cü ildə PKK-ya qoşulub. 2007-ci ildə İraqın şimalında Gare düşərgəsinin rəhbərliyinə gətirilib. O, buradan Türkiyəyə bir çox terror əməliyyatları həyata keçirib.

BAKU.WS