SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın Rumeylan bölgəsində antiterror əməliyyatı keçirib.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, PKK/YPG terror qruplaşmasının rəhbərlərindən olan "Rojna" kod adlı Zülfiye Binbir məhv edilib.

O, terror təşkilatının iqtisadi məsələlər üzrə "məsul şəxsi" olub.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Zülfiye Binbir 1993-cü ildə PKK-nın heyətinə qoşulub.

Amed və Qarzan əyalətlərində xidmət etdikdən sonra 1997-ci ildə İraqa keçib və 2004-cü ilə qədər bu ərazidə terror fəaliyyətini davam etdirib.

Zülfiye Binbir 2021-ci ildən təşkilatın Kamışlıdakı maliyyə/iqtisadiyyat rəhbərləri arasındadır.

BAKU.WS