SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT - Milli İstihbarat Teşkilatı) PKK terror təşkilatının kommunikasiyalar üzrə məsul üzvü, "Rodi" kod adlı Emre Şahini zərərsizləşdirib.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, terror təşkilatının kommunikasiya sistemində istifadə edilən proqramları yazan Şahinin İraq-Qarada olduğu müəyyən edilib.

Təşkilatın kommunikasiya infrastrukturunu quran və fəaliyyətindən məsul olan Şahinin gizli xəbərləşmə üsulları üzərində işlədiyi üzə çıxıb.

Şahin təşkilatın kommunikasiya infrastrukturuna zərbə vurmaq üçün zərərsizləşdiriləcək kritik hədəflər siyahısına daxil edilib.

MİT-in Qaradakı sahə agentləri Şahinin fəaliyyət sahəsinə sızmaq üçün xüsusi olaraq təyin olunub.

Agentlər kommunikasiya infrastrukturunu zədələyib və nasazlığı aradan qaldırmaq üçün Şahinin üzə çıxmasını təmin ediblər.

Əməliyyat zamanı Emre Şahin mühafizəçisi ilə birlikdə zərərsizləşdirilib.

Məlumata görə, PKK/KCK adlanan xüsusi təyinatlı qüvvələrin tərkibində fəaliyyət göstərən və kommunikasiya infrastrukturuna cavabdeh olan terrorçu 2014-cü ildə təşkilat sıralarına qoşulub.

Qeyd edilib ki, təşkilata qoşulduqdan sonra Şırnakda təhlükəsizlik qüvvələrinə qarşı müxtəlif təxribatlarda iştirak edib, 2019-cu ildə İraqa keçib.

İraqın şimalında detonator və partlayıcı maddə istehsalı ilə məşğul olan terrorçu 2020-ci ildən etibarən təşkilat üzvlərinin istifadə etdiyi şifrəli xəbərləşmə üsullarını inkişaf etdirib.

Haker bölməsi üzrə məsuliyyət də onun üzərində olub.

BAKU.WS
QALEREYA