SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Süleymaniyyə ərazisində yeni antiterror əməliyyatı keçirib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının rəhbərlərindən biri olan Rezan Güngen zərərsizləşdirilib.

Belə ki, Türkiyəyə qarşı terror aktı keçirmə ehtimalı olan, təşkilat tərəfindən sui-qəsd və təxribat təlimləri verilən terrorçu Güngenin İraqın Süleymaniyyə bölgəsində olduğunu müəyyən edilib.

O, qruplaşmanın hücum və təbliğat işləri üzrə "məsul şəxs"i olub.

BAKU.WS